AZ   |   RU
Zelenski Putinin müharibə planından danışdı: "İstəyirlər ki, biz Ukraynanın şərqindən hücum edək…”

Putin Ukrayna prezidenti ilə telefonla danışmaqdan niyə imtina edir? 

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə münasibətlərdə yaşananan gərginlikdən danışıb.

Missiya.Az xəbər verir ki, Zelenski Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Rusiyanın Ukraynanı qorxutmağa çalışdığını və təxribata çəkmək istədiyini deyib. Onun sözlərinə görə, Rusiya hərbçiləri işğal olunmuş ərazilərdən snayperlərlə atəş açırlar və Ukraynaya psixoloji təsir göstərmək istəyirlər.

Sitat: “Rusiyanın Krıma, Donbasa və iki ölkənin sərhəddinin müxtəlif istiqamətlərinə qoşun topladığını görürük. Onlar bunu “Qərb-2021” təliminə hazırlıqla əlaqələndirsələr də, hamımız bu fəallığın hərbi, siyasi və psixoloji təzyiq olduğunu bilirik. Onlar bizi vururlar və gözləyirlər ki, cavab verək. Onlar Ukraynanın şərqindən hücuma keçməyimizi istəyirlər. Amma biz onlara belə bir fürsəti verməyəcəyik”, - deyə Zelenski bildirib.

Ukrayna prezidenti Putinlə danışmaq istədiyini amma cavab almadığını deyib.

Sitat: “Martın 26-da, Donbasda 4 Ukrayna əsgərinin ölümündən sonra Vladimir Putinlə telefonla danışmaq istədim. Onun ofisinin rəhbərliyindən mənimlə əlaqə qurmasını xahiş etdim. Amma onlar bu söhbəti təsdiqləmədilər. Əvvəlcə rəsmi olaraq heç bir müraciətin olmadığını dedilər. Amma mən xatırlayıram”, - sitatın sonu.

 Zelenski Putinin bu addımını Rusiyanın müharibəni bitirmək istəməməsinin göstərici kimi qiymətləndirib.

Elvin
Missiya.Az


  • 16-04-2021, 15:39