AZ   |   RU
““Böyük qələbə” - 30 ildir ki, bu anı gözləyirik” – Zelenskidən Aİ-yə namizədliklə bağlı qərara reaksiya

Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqının ölkəsinə “namizəd ölkə” statusu verməsinə münasibət bildirib.

Missiya.Az
haberler.com-a istinadən xəbər verir ki, Zelenski sessiyaya online qoşulub və Avropa İttifaqına namizəd statusu almalarını Ukraynanın müstəqilliyi dövrünün ən mühüm hadisəsi adlandırıb.  

Ukrayna tərəfindən çoxdan gözlənilən və müsbət qarşılanan qərar zamanı Ukrayna Prezidenti Vladimir Zelenski də internet bağlantısı vasitəsilə sessiyada iştirak edib.

"“Böyük qələbə” - 30 ildir ki, bu anı gözləyirik. Zirvədəki bütün Avropa liderlərinə təşəkkür edirəm. Əllərində silahla Ukraynanı müdafiə edən qəhrəmanlarımıza, Avropanın azadlığını müdafiə edən, Qitənin gələcək tarixini birlikdə yazan hər kəsə təşəkkür edirəm."

Xatırladaq ki, dünən Avropa İttifaqı ölkələrinin liderlərinin Brüsseldə keçirilən sammitində namizədlik üçün müraciət edən Ukrayna və Moldovaya “namizəd ölkə” statusunun verilməsi barədə qərar verib.

Teymur Aslanov
Missiya.Az



  • 24-06-2022, 18:08