AZ   |   RU
Naxçıvanda mobil rabitə xidmətlərinin dəyəri 1,6% artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında informasiya və rabitə xidmətlərinin dəyəri 2021-ci ilin eyni dövrünə nisbətən 3,5% artaraq 24,76 mln. manat olub.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə ümumi xidmətlərin 72,5%-i mobil rabitənin payına düşüb.

Cari ilin ilk beş ayında Muxtar Respublikada mobil rabitə xidmətlərinin dəyəri bir il öncəki göstəricini 1,6% üstələyərək 17,95 mln. manat təşkil edib.

  • 23-06-2022, 17:57