AZ   |   RU
Böyük Britaniyada kanalizasiyadan tapılan virusa görə fövqəladə vəziyyət elan edildi

Fevral və iyun ayları arasında Londonun şərqində yerləşən çirkab su təmizləyici qurğuda ikinci vəhşi poliovirusun (PV2) serotipinin izləri tapılıb.

 Missiya.Az
xəbər verir ki, bu barədə Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) çərşənbə günü məlumat yayıb.

Bildirilir ki, İngiltərə səhiyyə orqanları London kanalizasiyalarında poliomielit virusunun izlərinin aşkarladıqdan sonra milli fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, Poliomielit yüksək dərəcədə yoluxucu xəstəlikdir, lakin xəstələnmə hallarının əksəriyyətində heç bir simptoma səbəb olmur. Poliomileit əleyhinə vaksinlərin tətbiqindən bəri xəstələnmə hallarının sayı xeyli azalmışdır və hazırda bir çox ölkələrdə poliovirus infeksiyasının aradan qaldırıldığı hesab olunur. Əgər immunizasiya əhatəsi suboptimal dərəcədədirsə, Asiya və Afrikanın bəzi ölkələrində infeksiya hallarının baş verməsi mümkündür. Virus sürətlə inkişaf edən süst iflic asimmetrik xarakterlidir.

Leyla Səməndər
Missiya.Tv


  • 22-06-2022, 18:21