AZ   |   RU
Putindən müharibə mesajı: Tanklara 53 il sonra ilk dəfə "savaş boyası" çəkildi - FOTO

Rusiya “gərginliyi azalt” çağırışlarına rəğmən Ukrayna ilə vəziyyəti pik həddə saxlayır.  Rəsmi Moskva Kiyevə müxtəlif yollarla “savaşa hazırıq” mesajı çatdırır.  

Missiya.Az
xəbər verir ki, bölgədə fəaliyyət göstərən “Twitter” istifadəçilərindən birinin yaydığı fotolardan aydın olur ki, sərhəddəki Rusiya tanklarının və zirehli texnikaların üzərinə müharibə mesajı anlamına gələn ağ xətlər çəkilib.

Sərhəd bölgəyə 80 min əsgər və yüzlərlə tank yığan Rusiyanın, hərbi texnikaları “müharibə boyası” ilə rəngləməsi savaş mesajı kimi qiymətləndirilir. Bildirlir ki, Rusiyanın hədəfi Ukrayna ilə bərabər ABŞ-a da müharibə xəbərdarlığı etməkdir. Çünki tanklar Rusiya və ABŞ prezidentlərinin son telefon danışığından sonra ağ xətlərlə rənglənib.  

Rusların döyüş ənənələrinə görə müharibə davam etdiyi müddətdə dost və düşmən hərbi texnikalarını ayırmaq üçün onların üzərinə ağ rəngdə xətt çəkilir. Rusiya hərbi texnikalarının ağ xətlərlə boyanması son dəfə  1968-ci ildə Çexoslovakiyanın işğalı zamanı həyata keçirilib. 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Villiam Burns ötən gün yaydığı açıqlamada qeyd edib ki, Rusiya Ukrayna sərhəddinə müharibəyə başlamaq üçün yetərli sayda hərbi texnika və canlı qüvvə yığıb. Son məlumatlara görə, Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə Ukrayna ilə sərhəddə daha 30 min əsgərin göndərməyi düşünür.

Elvin
Missiya.Az


  • 15-04-2021, 16:26