Türkiyənin "Doğma Düşüncə" Assosiyasiyasının fəxri prezidenti Yalçın Topçu Assosiyasiyanın təşkil etdiyi və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tədbirdə olub.
Missiya.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxışı zamanı Y.Topçu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini yad edib.
"Türk-İslam dünyasının qəhrəman oğlu, Azərbaycanın Milli Qəhrəmanı, gizir Mübariz İbrahimovun vəfatının ildönümündə bütün şəhidlərimizlə birlikdə xatirəsini ehtiram və rəhmətlə yad edirik. Məkanı Ali, Məkanı cənnət olsun. Dünya durduqca Azərbaycan var olsun” - deyə bildirib.