AZ   |   RU
İtaliyanın ikiqat dünya çempionu koronavirusdan öldü


İtaliyanın motosiklet sürmə yarışı üzrə (MotoGP növü) ikiqat dünya çempionu Fausto Qrezini vəfat edib.

Missiya.Az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb.

Məlumata görə, o, Boloniya hospitallarından birində koronavirusdan ölüb.

Altmış yaşlı Qrezini ötən il dekabrın sonlarında koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Bu müddət ərzində onun vəziyyəti bir neçə dəfə pisləşib. Keçmiş idmançı bir neçə həftə koma vəziyyətində olub. O, fevralın 18-də yenidən komaya düşüb.

Qrezini son illər əsasını özü qoyduğu "Gresini Racing" komandasına rəhbərlik edib.


  • 23-02-2021, 10:03