AZ   |   RU
Bu gün Azərbaycan, Türkiyə və Türkmənistanın XİN başçıları görüşəcək

Bu gün Türkiyənin paytaxtı Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Missiya.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi mılumat yayıb.

Görüşlər zamanı ölkələr arasındakı əlaqələr, regional məsələlərə dair son proseslər və əməkdaşlığın daha da yaxşılaşdırılması üçün atıla biləcək addımların ikitərəfli və üçlü formatda müzakirəsi planlaşdırılır.


  • 23-02-2021, 09:49