AZ   |   RU
Hulusi Akar Rumıniyada səfərdədir

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Rumıniyada səfərdədir.

Missiya.Az
Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, onu həmkarı Vasile Dınku qarşılayıb.

Nazirlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Onlar həmçinin Rusiya ilə Ukrayna arasında davam edən müharibə barədə fikir mübadiləsi aparıblar.

Akar Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunmasının, gərginliyin azaldılmasının və diplomatik səylərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.


  • 2-06-2022, 18:53