AZ   |   RU
BNA: "Avtobusun qəzaya uğraması zamanı sərnişinlər arasında xəsarət alan olmayıb"

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyi (BNA) Hövsanda marşrut avtobusunun iştirakı ilə olan qəzaya münasibət bildirib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə BNA-dan məlumat verilib. "Kral Transport" şirkətinin istismarında olan avtobusun qəzaya uğraması zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.

Hazırda daşıyıcı şirkətin rəhbəri agentliyə çağırılıb, araşdırma aparılır.

Xatırladaq ki, bu gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 nömrəli xətt avtobusu BMW markalı avtomobillə toqquşub. Nəticədə avtomobilə ciddi ziyan dəyib.


  • 30-05-2022, 17:26