AZ   |   RU
Ukrayna silahlı qüvvələri iki məktəbi və bir gimnaziyanı atəşə tutub

Ukrayna qüvvələrinin Donetsk şəhərinin mərkəzini atəşə tutması nəticəsində 5 nəfər ölüb.

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Aleksey Kulemzin məlumat yayıb.

Kulemzin bildirib ki, Ukrayna silahlı qüvvələri iki məktəbi və bir gimnaziyanı atəşə tutub.

Qondarma Donetsk Xalq Respublikasının müdafiə qərargahı isə özünün Teleqram hesabında, insanlara lazımsız yerə evdən çıxmamağı və atışma zamanı sığınacaqları tərk etməməyə çağırıb.

Daşqın Həsənov 
Missiya.Az 


  • 30-05-2022, 16:44