AZ   |   RU
Ukrayna Putindən ordunu geri çəkməyi tələb etdi - Vəziyyət gərgin olaraq qalır

Ukrayna-Rusiya sərhəddində vəziyyət gərgin olaraq qalır.
 
Missiya.Az
xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin sözçüsü İuliia Mendel məlumat yayıb. 

Onun sözlərinə görə, Rusiya Ukraynanın şərqinə 40 min əsgər toplayıb. Həmçinin bildirilir ki, Krımda 40 mindən çox Rusiya hərbçisi var. Ukrayna Xarici İşlər Nazirliyi isə Rusiyadan hərbi texnikalarını sərhəddən geri çəkməsini və Minsk razılaşmasına əməl olunmasını tələb edib. 

Kiyev və Moskva arasında vəziyyətin gərgin olduğu zamanda Zelenskinin Parisə gedəcəyi, Donbasda artan gərginliyi və Rusiyanın həmlələrini Fransa rəhbərliyinin diqqətinə çatdıracağı bildirilir. 

İuliia Mendel, Zelenskinin Rusiya prezidenti Vladimir Putinlə ilə telefon danışığı aparmaq istədiyini, amma Putindən hələ ki reaksiyanın gəlmədiyni deyib: “Ümid edirəm ki, bu vəziyyət dialoq istəmədikləri anlamına gəlməz”. 

Qeyd edək ki, bir müddətdir Rusiyanın ilhaq etdiyi Krımda və separatçıların nəzarətində olan Dombas bölgəsində vəziyyət gərginləşib.

Elvin
Missiya.Az


  • 12-04-2021, 16:27