Azərbaycan ötən 30 il ərzində Türkiyənin dəstəyini, qardaşlıq dəstəyini hər zaman hiss edib.
Missiya.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.
"Bu gün də hiss edirik. Bu gün Türkiyə və Azərbaycan yenə də bir yerdədir. Biz iki həftə əvvəl Türkiyənin gözəl yerlərindən olan Rizədə əziz qardaşımla bərabər idik. İki həftədən sonra Bakıda yenə də bərabərik. Biz yaxşı günlərdə də, çətin günlərdə də, hər zaman bir-birimizin yanındayıq. Elə etməliyik və elə edəcəyik ki, qabaqda ancaq yaxşı günlər olsun".