AZ   |   RU
Müdafiə Nazirliyinin sabiq əməkdaşı həbs edildi - RƏSMİ
Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsinin sabiq əməkdaşı Zahid Niftəliyev həbs olunub.  

Hərbi Prokurorluğun İstintaq İdarəsindən Missiya.Az-a daxil olan məlumata görə, o, mənimsəmə və dələduzluqda ittiham olunur. Z.Niftəliyev Cinayət Məcəlləsinin 178.2.1 , 178.2.2 , 178.2.3, 178.2.4, 32.4 312.2-cü maddələri ilə təqsirli bilinir. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Z.Niftəliyev Ordunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı hesab olunurdu. O, “şlyapa” ləqəbi ilə də tanınıb.

  • 28-05-2022, 12:23