AZ   |   RU

Şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib - FOTO

 
“Regional İnkişaf” İctimai Birliyi (RİİB), Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) birgə təşkilatçılığı ilə şəhid ailələrinin üzvləri və qazilər üçün növbəti tibbi aksiya keçirilib. Aksiya Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş tutub.

Missiya.Az
xəbər verir ki, xoşməramlı tədbirdə 44 həkim 10 həkim köməkçisı olmaqla 25 ixtisas üzrə Göyçay rayonu ilə yanaşı Ağdaş, Ucar və Zərdab rayonlarından qeyd edilən həssas kateqoriyaya aid vətəndaşlarda müayinələr aparılmışdır.

Paytaxtın müxtəlif dövlət və özəl xəstəxanalarında çalışan kardioloq, onkoloq, radioloq, terapevt, pediatr, nevroloq, uroloq və digər ixtisaslar üzrə könüllü həkim heyəti tərəfindən aparılan müayinələr 300-ə yaxın şəxsi əhatə edib. Müayinələrin nəticələrinə əsasən xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin olunub və zəruri dərman vasitələri ilə təmin ediliblər.

Layihə çərçivəsində, həmçinin xəstəlik aşkarlanan şəxslərin tam müayinələrdən keçmələri, müalicə və ehtiyac yarandıqda cərrahi əməliyyatlarının aparılmasına dəstək veriləcək. Sağlamlıq vəziyyəti ağır olan bir qrup şəxsin isə ixtisaslaşmış tibb müəssisələrində müayinədən keçməsi üçün Bakı şəhərinə gətirilməsi nəzərdə tutulur.



Baxış sayı: 141
  • 24-05-2022, 15:36