Soçidə Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında görüş keçirilir.Missiya.Az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Putinlə Lukaşenkonun Soçidə keçirilən görüşün rəsmi hissəsi təxminən 5 saat davam edib. Hazırda onlar qeyri-rəsmi əlaqəni davam etdirirlər.
"Belarus və Rusiya prezidentləri arasında görüşün rəsmi hissəsi dörd saat əlli dəqiqə davam edib. İndi liderlər qeyri-rəsmi ünsiyyətə davam edirlər", - Belarus tərəfinin rəsmi məlumatında deyilir.