AZ   |   RU
Paşinyanla bağlı sensasion iddia - Erməni əsgərləri keyfiyyətsiz bronjiletlə döyüşə göndərib
 

Ermənistan mediası İkinci Qarabağ Müharibəsi barədə sensasion xəbər yayıb.

Missiya.Az xəbər verir ki, Ermənistanın “Deja Vu" Teleqram kanalı əgərlərin döyüşdə istifadə etdiyi dəbilqələrin və bronjiletlərin keyfiyyətsiz olduğunu iddia edir.
 
Sitat: “Biz artıq müharibə dövründə Ümumerməni Fondunun topladığı pulların, guya döyüşçülərin ehtiyaclarını qarşılamaq üçün hökumətin hesablarına köçürüldüyünün şahidi olduq. Bundan başqa, həmin günlərdə ordu şübhəli mənbələrdən alınan dəbilqələrlə və bronjiletlərlə təmin edilib. Amma həmin hərbi əşyaların keyfiyyəti barədə heç bir müayinə aparılmayıb”, - sitatın sonu. 

Kanalın iddiasına görə, dəbilqələr və bronjiletlər orduya paylanılmamışdan əvvəl, baş nazir Nikol Paşinyan həmin hərbi əşyalarla bağlı qapalı görüş keçirib.

Sitat:
“Görüşdə Müdafiə Nazirliyinin nümayəndəsi baş nazirə təqdim olunan dəbilqə və bronjiletlərlə bağlı heç bir testin edilmədiyini bildirib. Belə olan halda həmin hərbi əşyaları ön cəbhəyə göndərə bilməyəcəyini deyib. Nikol Paşinyan isə bronjilet və dəbilqələrin təcili şəkildə cəbhəyə göndərilməli olduğunu və heç bir təcrübəyə ehtiyac olmadığını deyib. Baş nazirin sözlərinə görə, dəbilqə və bronjiletlər psixoloji təsiri daha çoxdur və önəmli olan əsgərin həmin zirehlər tərəfindən qorunduğunu düşünməsidir”, - sitatın sonu. 

“Deja Vu" kanalı bir çox əsgərin keyfiyyətsiz dəbilqəyə və bronjiletə görə asanlıqla öldürüldüyünü iddia edir.

Qeyd edək ki, müharibə zamanı cəbhədə olan erməni həkim Marina Xaçatryan hərbçilərin təchizatının sıfır səviyyəsində olduğunu bildirmişdi. Həkim bildirmişdi ki, humanitar yardım məqsədi ilə Ermənistan 50 min yataq torbası alsa da, əsgər və zabitlərə həmin yardımlar çatdırılmayıb.Tibb işçisinin iddiasına görə, yataq torbaları baş nazir Nikol Paşinyan tərəfindən orduya təhvil verilmək əvəzinə satılıb.

Elvin
Missiya.Az


  • 22-02-2021, 18:09