AZ   |   RU
Sabunçu Rayon Məhkəməsinin hakimindən şikayət – Vətəndaş etiraz edir - VİDEO

Vətəndaş Həsənov Şahin İbrahim oğlu Bakı Şəhər Sabunçu rayon Məhkəməsinin hakimi Nilüfər Cəfərlinin onun borc mübahisəsi ilə bağlı bu il yanvarın 13-də keçirilmiş iclasda çıxardığı qərardan narazıdır.

Şikayətçinin iddiasına görə, vətəndaş İsmayılov Sahil Məhməmməd oğluna 53 min 800 dollar borc verib amma o, borcu qaytarmaqdan imtina edib. Şahin Həsənov Sahil İsmayılovun borc öhtəliyini yerinə yetirməməsi ilə bağlı Bakı Şəhər Nizami Rayon Məhkəməsinə müraciət edib.

Şahin Həsənovun sözlərinə görə, Nizami Rayon Məhkəməsi Şahin Həsənovun xeyirinə qərar çıxarıb. Sahil İsmayılov məhkəmənin hökmü ilə üzərinə borcu hissə-hissə ödəyəcəyi ilə bağlı öhtəlik götürüb. Qərarı icra etməkdən imtina edən Sahil İsmayılov 2 dəfə inzibati qaydada həbs olunub. Sahil İsmayılov yenə də borcu ödəməkdən imtiha etdiyi üçün onun barəsində cinayət işinin açılması ilə bağlı qərar qəbul edilib. Həmin vaxt Sahil İsmayılovun qohumu Dadaşova Rəsmiyyə Xəlil qızı ilə iddiaçı Şahin Həsənov arasında, borcun iddiaçıya Rəsmiyyə Dadaşova tərəfindən ödəniləcəyi ilə bağlı müqavilə imzalanıb. Tərəflərin razılaşmasına uyğun olaraq bir müddət borc hissə-hissə ödənilib. Bir müddət sonra Sahil İsmayılov dünyasını dəyişdiyi üçün Rəsmiyyə Dadaşova borcu ödəməkdən imtina edib.  

Şahin Həsənovun sözlərinə görə, Rəsmiyyə Dadaşova borc öhtəliyindən imtihan ediyi üçün Bakı Şəhər Sabunçu rayon Məhkəməsinə müraciət edib. Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Nilüfər Cəfərli isə bir neçə məhkəmə iclasından sonra Şahin Həsənovun əleyhinə qərar çıxarıb və onlar arasında bağlanmış müqaviləni tanımaq istəməyib.    

Qeyd edək ki, vətəndaş Şahin Həsənovun iddiaları ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Sabunçu Rayon Məhkəməsilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da təəssüf ki, cəhdlərimiz nəticə vermədi. Təəccüblüdür ki, məhkəmə ilə əlaqə kimi göstərilən nömrələrə bir neçə gündür ki, cavab verən yoxdur.

Vətəndaş Şahin Həsənov məsələ ilə bağlı Missiya TV-yə geniş müsahibə verib.  

Missiya.Az həmin müsahibəni təqdim edir:

  • 23-05-2022, 18:42