AZ   |   RU
Rusiya tərəfdarı xakerlər bu ölkənin hökumət qurumlarının saytlarını dağıdıb

Rusiyapərəst xakerlər İtaliyada bir sıra hökumət qurumlarının və nazirliklərin internet saytlarına kiber hücumlar ediblər. 

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu barədə İtaliya polisi məlumat yayıb. 

Məlumatda hücumun “Killnet” kimi tanınan xaker qrupu tərəfindən həyata keçirildiyi bildirilib. 

Qeyd edək ki, kiber hücumlar nəticəsində İtaliyanın Xarici İşlər Nazirliyinin və onun milli magistratura assosiasiyasının səhifələrinə daxil olmaq mümkün deyil.

Daşqın Həsənov 
Missiya.Az 


  • 20-05-2022, 17:52