AZ   |   RU
Rusiyadan ABŞ-ın Ukraynadakı ərzaq qıtlığı ilə bağlı ittihamlarına reaksiya

Rusiya Ukraynanın Qara dəniz limanlarını mühasirəyə alaraq ərzaqdan silah kimi istifadə edir.”

Missiya.Az
The Guardian-a istinadən xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken deyib.

ABŞ-ın ittihamlarına münasibət bildirən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qeyd edib ki, Qərb Ukraynaya görə ölkəsinə dağıdıcı sanksiyalar tətbiq etdiyi müddətdə, Moskvanın ərzaq tədarükünü davam etdirəcəyini gözləməməlidir.

Qeyd edək ki, Rusiyanın Qara dəniz limanlarını işğal etməsi Ukrayna ərzaq tədarükündə ciddi problemlər yaradıb.

Daşqın Həsənov 
Missiya.Az 


  • 20-05-2022, 10:59