AZ   |   RU
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

Böyük Britaniya Rusiyanın dövlət aviaşirkətləri Aeroflot, Ural hava yolları və Rossiya hava yollarının ölkəsindəki limanlarında istifadə olunmayan eniş yerləni satmasının qarşısını almaq üçün yeni sanksiyalar tətbiq edəcək. 
 
Missiya.Az
The Guardian-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Liz Truss deyib. 
 
Truss bildirib ki, Britaniya artıq öz hava məkanını rus hava yolları üçün bağlayıb. Ruslar hava limanlarımızın qazanclı eniş yerlərində pul qazana bilməyəcəklər. 
 
Böyük Britaniya höküməti həmin eniş yerlərinin 50 milyon funt sterlinqq dəyərində olduğunu bildirib.

Daşqın Həsənov
Missiya.Az
 


  • 19-05-2022, 21:00