AZ   |   RU
Azərbaycanda koronavirusa yoluxanların sayı 3 000-ə yaxınlaşıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 717 yeni yoluxma faktı qeydə alınıb, 1 341 nəfər müalicə olunaraq sağalıb.

Missiya.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 14 581, hazırkı dövrədək isə 2 977 593 test aparılıb. İndiyə qədər ümumilikdə 279 181 nəfər koronavirus infeksiyasına
yoluxub. Onlardan 245 881 nəfər müalicə olunaraq sağalıb, 3 811 nəfər vəfat edib, aktiv xəstə sayı 29 489 nəfərdir.


  • 8-04-2021, 19:59