AZ   |   RU
Sumqayıtda şirkət avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Bu gün səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt Texnologiyalar Parkından keçən hissəsində "Hyundai" markalı mikroavtobus qəza törədib.

Missiya.Az
report-a istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Təcili Tibbi Yardım Stansiyasına xəsarət alanların olması ilə bağlı çağırış daxil olub: "Həmin şəxslər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün buraxılıb".

Hüquq-mühafizə orqanlarından "Report"a bildirilib ki, qəza nəticəsində xəsarət alanlar "METAK" şirkətinin əməkdaşları olub. Mikroavtobus da həmin şirkətə məxsus olub.


  • 11-05-2022, 11:16