“Hələ ki ölkəmizin təhlükəsizliyi üçün təhldid yoxdur”.
Missiya.Az report-a istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.
Onun fikrincə, hazırda Moldovanı təhdid edən bir şey yoxdur: “Biz hadisələrin inkişafını diqqətlə izləyirik. Ölkəmizdə qeyri-sabitliyin yaranmasının qarşısının alınması üçün hər şeyi edirik. Xarici tərəfdaşlarımız və dostlarımızla da daim əlaqə saxlayırıq. Biz ayıq-sayıq olmalıyıq. Məqsədimiz sülhü, həyatı və vətəndaşların təhlükəsizliyini qorumaqdır
”, - dövlət başçıcı söyləyib.
Xatırladaq ki, bir müddət əvvəl “The Times” Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən Rusiyanın Moldova ərazisinə müdaxilə üçün artıq dəqiq plan hazırladığını yazmışdı.
Bu arada məlum olub ki, Avropa İttifaqı Moldovaya hərbi dəstək verməyi planlaşdırır.