İk səfərinə çıxmış "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus "Ro-Pax" tipli “Zərifə Əliyeva” gəmi-bərəsi bu gün səhər saatlarında Qazaxıstanın Kurık limanına çatıb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, səfər zamanı gəmidə
25 heyət nəfəri,
43 sərnişin,
38 yük maşını və
18 minik avtomobili olub. Qayıdanda isə
25 heyət nəfəri,
53 sərnişin,
41 yük maşını ilə geri qayıdacaq
Gəminin axşam saatlarında Bakıya yola düşəcəyi və təxminən
20-22 saata çatacağı proqnozlaşdırılır.
Qeyd edək ki, “Zərifə Əliyeva” gəmi-bərəsi Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.
Daimi heyəti 30 nəfərdən ibarət unikal gəminin uzunluğu
154,5 metr, eni
17,7 metr, bortunun hündürlüyü isə
7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və
100 nəfər sərnişin,
56 sistern tipli vaqon və ya
50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.
“Zərifə Əliyeva” gəmi-bərəsinin “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcəyi proqnozlaşdırılır.