AZ   |   RU

Putin İsraildən üzr istədi

İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb. 

Bennet və Putin telefon danışığı zamanı Rusiya xarici işlər naziri Lavrovun bəyanatlarını müzakirə ediblər.

 “Baş nazir Lavrovun sözlərinə görə prezident Putinin üzrxahlığını qəbul edib və prezidentin yəhudi xalqına və Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”, - ofis əlavə edib.

Baxış sayı: 147
  • 5-05-2022, 21:58