AZ   |   RU
Rusiya Moldovaya bu tarixdə hücum edə bilər


Rusiya Moldovanı işğal etmək üçün plan hazırlayıb.

Missiya.Az “Kanal 24”-ə istinadən xəbər verir ki, işğalın tarixi mayın 9-u və ya yaxın günlərdən biri ola bilər və buna səbəb Rusiya tərəfindən Dnestryanı bölgənin müstəqilliyinin tanınmasıdır.

Qeyd olunur ki, rus qoşunlarının ehtimal olunan uğurları cənub-qərb istiqamətində “ikinci cəbhə”yə gətirib çıxaracaq.
"İkinci cəbhənin açılması strateji əhəmiyyət kəsb edir, çünki o, Ukrayna Silahlı Qüvvələrinin insan ehtiyatlarını və texnikasını bir yerə cəmləşdirəcək. Üstəlik, əks-kəşfiyyat rəsmiləri Rusiya qoşunlarının bu regionda olmasının Balkanlarda siyasi vəziyyəti pozacağını bildiriblər”, - məlumatda deyilir.

Bildirilir ki, Ukrayna əks-kəşfiyyatçılarının məlumatına görə, Rusiya Dnestryanıda İl-76 təyyarələri və helikopterləri ilə havadan eniş həyata keçirməyi planlaşdırır. Eyni zamanda Krımdan təyyarələr və helikopterlər uçacaq.
Həmçinin Rusiya Odessa vilayətinin Belqorod-Dnestrovski və Saratski rayonlarına qoşun yerləşdirməyə, sonra isə Dnestryanı əraziyə girməyə cəhd edə bilər.

  • 5-05-2022, 20:52