AZ   |   RU
Azərbaycanla Ermənistan arasında dövlət sərhədindən buraxılış məntəqələri müəyyənləşib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən, buraxılış məntəqələrinin sayı artırılıb:

Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi – Qubadlı rayonu (Eyvazlı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.

Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında.

Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi).

Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi)

  • 5-05-2022, 18:53