İran və Türkiyə prezidentlərinin telefon danışığı olub.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında region ölkələri, xüsusilə Türkiyə ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu açıqlayıb.
İran və Türkiyə prezidentləri Fələstin məsələsini müzakirə ediblər.
Telefon danışığında R.T.Ərdoğan İrana səfər etməyi, beynəlxalq, regional məsələləri yaxından müzakirə etmək istədiyini dilə gətirib. O qeyd edib ki, Türkiyə İranla ticarət dövriyyəsinin həcmini artırmaq istəyir.