Rusiyanın sülh danışıqlarından geri çəkilməsinin və ordunun Ukrayna ərazisində hərbi əməliyyatları genişləndirməsinin ilginc səbəbləri ortaya çıxıb. Kremldəki mənbələrin mətbuata sızdırdığı informasiyaya görə, Ukrayna ordusunun “Neptun” raketləri ilə Rusiya donanmasının əsas gəmisi olan “Moskva” kreyserini vurması prezident Vladimir Putini ciddi sarsıdıb.
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Putin kreyserin vurulmasından sonra Ukrayna ərazisində əməliyyatların genişləndirilməsi ilə bağlı əmr verib.
Kremldəki mənbələrin iddiasına görə, Putinin əsas məqsədi bacardığı qədər çox torpaq əldə etməkdir. ElvinMissiya.Az