AZ   |   RU
Ukrayna hərbçiləri Xarkovda bir neçə yaşayış məntəqəsini azad edib

Ukrayna silahlı qüvvələri Xarkov vilayətində əks-hücum nəticəsində bir neçə yaşayış məntəqəsini azad edib.

Missiya.Az
report-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat verib.

Sinegubov deyib ki, Bazalievka, Lebyajye və Kutuzovkanın bir hissəsinə nəzarət bərpa edilib.

Əks-hücum zamanı Ukrayna hərbçiləri Malaya Roqan kəndi ərazisində daha da şərqə doğru irəliləyib.


  • 17-04-2022, 22:19