Rusiyada casusluqda ittiham olunan 68 yaşlı rəis Sergey Besedanı həbs edilib.
Missiya.Az "The Sun" saytına istinadən xəbər verir ki, Beseda, Ukrayna müharibəsindən əvvəl Rusiya hakimiyyətinə real vəziyyətlə bağlı yalan məlumat verməkdə ittiham olunur.
O, keçmiş Sovet İttifaqının rəhbəri İosif Stalinin yaratdığı və Moskvada yerləşən Lefortova sorğu-sual və işgəncə həbsxanasına göndərilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya prezidenti Ukrayna müharibəsindən əvvəl real vəziyyətlə bağlı yalan məlumat verən 150 hərbçini ordudan uzaqlaşdırıb. Onlar uzun illər Ukrayna ərazisində kəşfiyyat fəaliyyəti ilə məşğul olublar. Məlumata görə, Rusiya hakimiyyəti müharibədən əvvəl Ukraynadan kəşfiyyat məlumatının toplanılması üçün milyardlarla dollar xərcləyib.
Qeyd edək ki, Rusiya hakimiyyəti Ukraynanı bir neçə günə işğal etməyi planlaşdırıb. Amma Ukrayna ordusunun gözlənilməz müqaviməti Rusiya ordusunun planlarını pozub.
Elvin
Missiya.Az