AZ   |   RU
Ehtiyata buraxılan hərbçilər yola salınır - Fotolar


Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Azərbaycan Ordusunda davam edir.

Missiya.Az xəbər verir ki, oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.

Bu münasibətlə Şuşa şəhərində və digər ərazilərdə yerləşən hərbi hissələrdə ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimi keçirilib. Əvvəlcə Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Komandanlığın təbrik-müraciəti hərbi qulluqçulara çatdırılıb, hərbi xidməti uğurla başa vurmuş gənclərə və xidmətə yeni başlayan əsgərlərə uğurlar arzulanıb.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub.











  • 3-04-2021, 14:20