AZ   |   RU
Peyvənd olunanların sayı açıqlandı

Bu gün Azərbaycanda 32 min 670 nəfər vaksinasiyadan keçib.

Missiya.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ peyvənd olunanların sayı 11 min 509 təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 21 min 161 olub.

Ümumilikdə, indiyədək ölkədə 889 min 33 nəfərə vaksin vurulub. Bunlardan 569 min 994-ü birinci mərhələ, 319 min 39-u isə ikinci mərhələdə vaksinasiya olunanlardır.

  • 2-04-2021, 22:50