AZ   |   RU
Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda bağçalar bağlanır


Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələri bağlanır.

Missiya.Az xəbər verir ki, mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq aprelin 5-dən etibarən qeyd olunan ərazilərdə yerləşən məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti dayandırılır.

Qeyd edək ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılır.

Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

  • 2-04-2021, 16:02