AZ   |   RU
Ombudsman Gəncədə evliliyə cəlb edilən azyaşlının hamilə qalması faktını nəzarətə götürüb

Bakı şəhərinin Suraxanı rayonunda yaşayan azyaşlı qızın Gəncə şəhərində evliliyə cəlb olunması və hamilə qalması ilə bağlı yayılmış məlumat Ombudsman Aparatı tərəfindən araşdırılıb.

Ombudsman Aparatından Missiya.Az-a bildirilib ki, evliliyə cəlb olunmuş azyaşlı qızın hamilə qalması ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yayılmış məlumat Ombudsman Aparatı tərəfindən araşdırılaraq nəzarətə götürülüb.

"Məsələ ilə bağlı müvafiq qurumlarla, həmçinin uşağın xalası ilə əlaqə saxlanılıb, onun səhhəti, təhsili və hüquqlarının təmini vəziyyəti öyrənilib.

Məsələnin araşdırılması və azyaşlının hüquqlarının təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Suraxanı Rayon İcra Hakimiyyətinə və Suraxanı Rayon Polis İdarəsinə müraciət olunub", - məlumatda bildirilib.


  • 30-03-2022, 15:31