AZ   |   RU
“Danışıqlardan əvvəl Ukrayna və Rusiya heyətləri ilə görüşəcəyik”


“Sabahkı danışıqlardan əvvəl Ukrayna və Rusiya heyətləri ilə görüşəcəyik”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinqdə deyib.

“Böhranın razılaşma və dialoq yolu ilə həlli üçün ən çox səy göstərən ölkəyik. Cənab Putin və Zelenski ilə davam etdirdiyimiz telefon danışıqlarının müsbət istiqamətdə irəlilədiyini deyə bilərəm.

Ölkəmizi müharibənin tərəfinə çevirmək üçün var gücləri ilə çalışanların bizim qurduğumuz sülh körpüsünü ürəkləri sıxılaraq izlədiyini bilirik”, - o qeyd edib.

  • 28-03-2022, 21:06