AZ   |   RU
Rusiya ordusunda döyüşən azərbaycanlı həlak oldu
Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçusu - 22 yaşlı azərbaycanlı Əhmədov Şahin Cabir oğlu Ukraynada gedən döyüşlərdə həlak olub.

Onun nəşi artıq Azərbaycana gətirilib.

Qeyd edək ki, Ş. Əhmədov Rusiyanın Vladiqafqaz şəhərində doğulub boya-başa çatıb. O, Azərbaycan diasporunun nümayəndəsi olub, 58-ci Əlahiddə Ümumqoşun Ordusunda xidmət edib.

“Qafqazinfo” 

  • 22-03-2022, 12:26