Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.
Missiya.Az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 791 511 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 781 057 nəfər müalicə olunaraq sağalıb, 9 659 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir.
Ölkədə son sutka ərzində 2 506, hazırkı dövrədək isə 6 668 546 test aparılıb.