"ABŞ prezidenti Co Baydenin dövlət başçısı İlham Əliyevə Novruz Bayramı münasibəti ilə təbrik məktubu göndərməsi, Azərbaycanın həm siyasi mövqeyinə, həm də milli dəyərlərinə yüksək ehtiramın göstəricisidir. Məktubda Azərbaycanın sülh, əməkdaşlıq və tərəqqiyə verdiyi töhfələr yüksək qiymətləndirilib, Bakı və Vaşinqton arasında əlaqələrin genişlənməsinin önəmi xüsusi vurğulanıb. Bu məqamlar bir daha göstərir ki, Prezident İlham Əliyev düzgün xarici siyasət kursu aparır, çətin geosiyasi vəziyyətlərdə balanslı siyasəti qorumağı bacarır. Xalqımız prezident İlham Əliyevin çətin geosiyasi vəziyyətlərdə Azərbaycanın milli maraqlarını qoruya bilməsini, diplomatik bacarıqlarını yüksək qiymətləndirir. Bir sözlə, ölkə başçısı Azərbaycanın bütün diplomatik uğurlarının memarıdır".
Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədov ABŞ prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubu barədə danışarkən deyib.
Azərbaycan müstəqillik qazandıqdan sonra Bakı və Vaşinqton arasında dərin siyasi və diplomatik əlaqələrin qurulduğunu deyən Ramin Əhmədov bildirib ki, ABŞ tarixin bütün dövrlərində Azərbaycana Cənubi Qafqazın aparıcı dövləti kimi böyük əhəmiyyət verib: "Azərbaycan müstəqillik qazandıqdan sonra Bakı ilə Vaşinqton arasında əlaqələr yüksələn xətt üzrə inkişaf etməyə başladı. Həmin dövrdə ABŞ şirkətləri Azərbaycanın neft-qaz sektoruna sərmayə qoymaqda maraqlı idilər. Bu məqamlar Azərbaycanla ABŞ arasında daha dərin əlaqələrin qurulmasına böyük töhfə verdi. ABŞ-Azərbaycan əlaqələri Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qurulmağa başladı. Əlaqələrin əsas inkişaf dövrü ölkə başçısı İlham Əliyevin prezidentlik dövrünü əhatə edir. Əminliklə deyə bilərik ki, prezident İlham Əliyevin uğurlu xarici siyasəti və diplomatik uzaqgörənliyi nəticəsində Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşına çevrilməyi bacarıb".
Ramin Əhmədov Co Baydenin prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda regional barışın təşviqi barədə qeyd edilən fikirlərə də toxunub:
"Baydenin regional barış barədə toxunduğu məqamlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasında Bakıya verilən böyük dəstəkdir. Görünən odur ki, Bayden qarşıdakı dövrdə Cənubi Qafqazda sülhün və sabitliyinin möhkəmlənməsində maraqlıdır və bu prosesin sürətləndirilməsində maraqlı olan prezident İlham Əliyevin bütün təşəbbüslərini dəstəkləyir".
Məktubun ingilis dilindəki mətnində "Novruz bayramı" ifadəsinin Azərbaycan dilində yazılmasına diqqət çəkən Ramin Əhmədov bildirib ki, bu məqamı dünyanın super gücünün liderinin Azərbaycana xüsusi jesti kimi qiymətləndirmək olar.Missiya.Az