AZ   |   RU
Putin Ukrayna müharibəsini dayandırmaq üçün şərtlərinin sayını 5-ə qaldırdı

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülhün əldə olunması üçün ortaya qoyduğu şərtlərin sayını 3-dən 5-ə yüksəldib.

Missiya.Az
xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Məlumata görə, Putinin müharibəni dayandırmaq üçün Ukrayna hökümətinin qarşısına qoyduğu 5 şərtlər bunlardır: 

1. Krımı Rusiya ərazisi kimi tanımalıdır; 

2. Donbasdan əl çəkməlidir;

3. Ukrayna öz neytrallığını bəyan etməlidir və NATO-ya üzv olmayacağı ilə bağlı öhtəlik götürməlidir;

4. Ukraynada rus dilindən dövlət dili kimi istifadə olunmalıdır;

5. Ukrayna ordusu nasist düşüncədən təmizlənməlidir. 

Rusiya bundan əvvəl Ukraynada müharibəni dayandırmaq üçün Kiyevin qarşısında Krımın Rusiya ərazisi kimi tanınması, Ukraynanın öz neytrallığını bəyan etməsi və NATO-ya üzv olmayacağı ilə bağlı öhtəlik götürməsi, rus dilinin dövlət dili kimi istifadə olunması barədə şərtlər qoymuşdu. 

Qeyd olunub ki, Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin görüşü bu şərtlərlə razılaşdıqda mümkündür. 

Rusiyanın vitse-prezidenti Vladimir Medinski Putin-Zelenski görüşünün keçiriləcəyi ilə bağlı ehtimalı şərh etmək istəməyib. 

“Mən bunu şərh edə bilmərəm. Sadəcə onu deyim ki, iki tərəfin görüşü baş tutmadan öncə danışıqlarda iştirak edəcək qruplar görüşü hazırlayırlar. Biz təkliflərimizi irəli sürmüşük. Sazişin mətni xarici işlər nazirləri tərəfindən imzalanmalı və hökumətlər tərəfindən təsdiqlənməlidir. Yalnız bundan sonra dövlət başçılarının görüşü bir məna kəsb edə bilər".


İnam Həsənov
Missiya.Az

  • 19-03-2022, 13:28