Biləsuvarda avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.
Missiya.Az xəbər verir ki, bu məqsədlə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə növbəti reyd təşkil olunub.
Sürücülərə bir daha izah olunub ki, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin istismarına yol verilməlidir.
Atmosferə ixrac etdiyi zərərli qazların miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barəsində inzibati qaydada protokollar tərtib edilib. Keçirilən nəzarət profilaktiki tədbirlər nəticəsində digər qayda pozuntularına yol verən sürücülər barəsində də qanunamüvafiq tədbirlər görülüb.