“Forbes” Ukrayna ordusu tərəfindən sıradan çıxarılan Rusiya hərbi texnikasının qiymətini hesablayıb.
Missiya.Az xəbər verir ki, bu barədə “Forbes Ukraine” nəşri yazıb.
Hesablamalara görə, Ukrayna ordusu Rusiyanın ümumilikdə 5 milyard dollarlıq (ABŞ dolları-red) hərbi texnikasını sıradan çıxarıb.
“Ümumi itkilərin 47%-i təyyarə və helikopterlərin, 29%-i tankların, 14%-i zirehli döyüş maşınlarının payına düşür. Xüsusilə, məhv edilmiş tanklar Rusiyaya 1,5 milyard dollara, təyyarələr və helikopterlər isə 2,4 milyard dollara başa gəlib”, - məlumatda deyilir.
Rusiya ən böyük itkini fevralın 25-də, ən az itkini isə martın 2-də verib.