Rusiya və Ukrayna nümayəndə heyətləri danışıqları davam etdirirlər, onlar videoformatda keçirilir.
Missiya.Az xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bəli, danışıqlar videoformatda davam edir, nümayəndə heyətinə (Rusiya Federasiyası Prezidentinin köməkçisi-red) Vladimir Medinski başçılıq etməkdə davam edir”, - Peskov bildirib.
“Hələlik təfərrüatları şərh etməkdən çəkinirik”, - Peskov əlavə edib.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski danışıqların keçmiş “Belovejsk formatı”nda olub-olmaması ilə bağlı suala müsbət cavab verib.