“Rusiya son illərin ən böyük itkisini yaşayır”.
Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa videomüraciətində deyib.
“Biz bütün gücümüzü müdafiəyə sərf etməliyik. Bu, vətən, millət və müstəqillik müharibəsidir. Ukrayna hərbçiləri Mariupoldakı humanitar dəhliz üçün atəşkəsə riayət edir. Rusiyadan da eyni davranışı gözləyirik. Avropa İttifaqına üzvlük üçün Avropa Komissiyası ilə çalışırıq. Avropa İttifaqından Rusiyaya yeni sanksiyalar paketi gözləyirik”, - dövlət başçısı bildirib.