NATO Avropanın şərqinə yeni hərbi texnika və canlı qüvvə göndərib.
Missiya.Az xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin prezident Aleksandr Lukaşenko ilə görüşdən sonra danışıb.
Nazir bildirib ki, qərb sərhədlərimizdə baş verən bütün hadisələri izləyirlər.
“Biz siyasətçilərin bəyanatlarını eşidirik. Biz NATO-nun şərq cinahını necə gücləndiyini görürük. Hesablamalarımıza görə, 10 mindən çox canlı qüvvə Qərb ölkələrinə gəlib. Sərhədlərimizə yaxın əlavə hərbi qüvvələrin yerləşdirilməsi üçün müraciətlər və perspektivlər var. ABŞ ordusuna məxsus hərbçilər artıq Litvada yerləşdirilib. Minsk aviasiya vasitələrindən istifadə etməklə respublikanın qərb sərhədləri yaxınlığında kəşfiyyat aparır”. Nazir bildirib ki, ABŞ-dan 80-dən çox təyyarə Şərqi Avropaya gəlib.
“Polşada artıq 156 döyüş təyyarəsi var. Onlardan 30-dan çoxu ABŞ-a məxsusdur. Təyyarələr hər gün uçuşlar həyata keçirirlər”.O, Baltik dənizindəki hərbi gəmilərin varlığına toxunaraq, onların 1600 kilometrə qədər məsafəni vura bilən raketlərlə silahlandığını deyib.
"Praktiki olaraq bütün Belarus həmin raketlərin hədəfinə çevrilə bilər. Ona görə də bu bizi narahat etməyə bilməz. Biz gücləndirilmiş rejimdə xidmət edirik. Qüvvələrimiz tapşırıqları nəzərdə tutulduğu kimi yerinə yetirməyə hazırdırlar".O, həmçinin bildirib ki, beş hərbi bölmə cənub sərhədlərinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirir.
"Bizi bu gün ən çox narahat edən Ukrayna ərazisinə daxil olan muzdlulardır. Onlar bizim nəzarətsizdirlər. Onların hərəkəti Çernobıl Aton Elektirik Stansiyası istiqamətindədir. Onlar hansı vəzifələri yerinə yetirəcəklər və nə edəcəklər?"Sevinc Hüseynova
Missiya.Az