AZ   |   RU
“Ukraynadan Aİ-yə 5 milyon qaçqın gələcəyindən qorxuruq” - Borrel

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Ukraynadakı vəziyyətə görə 5 milyona qədər qaçqın olacağını proqnozlaşdırıb.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Aİ ölkələrinin inkişaf nazirlərinin Fransada keçirilən qeyri-rəsmi görüşündən sonra bildirib.

“Bu, böyük humanitar problem yaradıb. Hazırda Ukraynadan Aİ-yə gedən qaçqınların sayı artıq 1,5 milyonu ötüb. Bu rəqəmlər sürətlə artır və biz onların sayının təxminən 5 milyon nəfərə çata biləcəyindən qorxuruq”, - Borrel qeyd edib.

  • 7-03-2022, 20:09