AZ   |   RU
Ukrayna Nikolayev aeroportunu geri qaytardı


Ukrayna hərbçiləri Nikolayev vilayətinin hava limanını geri qaytarıb.

Missiya.Az xəbər verir ki, bu barədə vilayət dövlət administrasiyasının rəhbəri Vitali Kim məlumat yayıb.
"Beynəlxalq hava limanı bizdədir", - Kim yazıb.

Qeyd edək ki, rus hərbçiləri bu gün səhər saatlarında “SMERÇ” reaktiv yaylım atəşi sistemlərindən Nikolayevi atəşə tutublar. Nəticədə yaşayış sektorunda və sənaye obyektlərində 5 yanğın hadisəsi baş verib.

  • 7-03-2022, 18:29