Bu gün Belarusda Rusiya-Ukrayna danışıqlarının yeni raundu keçiriləcək.Missiya.Az TASS-a istinadən xəbər verir ki, nümayəndə heyətləri sayca üçüncü mərhələdə Belovejskaya Puşçada görüşəcəklər.
Danışıqların günortadan sonra, Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 16:00) baş tutması gözlənilir.
Ukrayna və Rusiya bu dəfə də bağlı qapılar arxasında əlaqə saxlamağa razılaşıblar.
Xatırladaq ki, tərəflər arasında
birinci danışıq fevralın 28-i Belarusun Qomel şəhərində,
ikincisi isə martın 3-ü Belarusun Brest vilayətində keçirilib.
Ukraynanı görüşdə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak, üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski təmsil edib.
Rusiya nümayəndə heyətinin tərkibinə isə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov daxil olub.