Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin yeməkləri və dəbə münasibəti ilə bağlı danışıb.
Missiya.Az xəbər verir ki, Peskov Putinin yeməklərlə bağlı kaprizlərinin olmadığını deyib.
Onun sözlərinə görə, Vladimir Putin yalnız xəmir yeməklərini yeməkdən çəkinir:
“Putin sadə yeməkləri xoşlayır”.Peskov, Putinin dəbə münasibətindən də danışıb. O bildirib ki, prezidentin dəbə münasibəti normaldır:
“Putin eyni kostyumları və köynəkləri geyinir. Prezidentin özünün moda dizayneri yoxdur”.Qeyd edək ki, dünyanın ən iddialı liderlərindən olan Vladimir Putinin həyatı həmişə cəmiyyətə maraqlı olub. Peskov bir müddət əvvəl Putinin internetdən istifadə etdiyini amma smartfon telefon işlətmədiyini açıqlamışdı.
Elvin
Missiya.Az